Modern.az

Türkiyədə yeni siyasi birlik yaranır? - Abdullah Gül ÖNƏ ÇIXDI

Türkiyədə yeni siyasi birlik yaranır? - Abdullah Gül ÖNƏ ÇIXDI

Dünya

21 İyun 2025, 13:44

Türkiyənin sabiq prezidenti Abdullah Gülün yenidən aktiv siyasətə qayıdacağı barədə iddialar yayılıb.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, DEVA Partiyası, Gələcək Partiyası, Səadət Partiyası və Yenidən Rifah Partiyasının (YRP) birləşməsi ilə yeni siyasi platforma yaradılması planlaşdırılır.

Yeni siyasi birliyin rəhbərliyinə Abdullah Gülün gətirilə biləcəyi qeyd edilib. Məlumatı ilk dəfə "Nəfəs" qəzetində yayılıb.

Bildirilir ki, Abdullah Gülün D-8 təşkilatının 28-ci ildönümü münasibətilə Çırağan sarayında keçirilən tədbirə qatılması bu iddiaları daha da gücləndirib. Tədbirdə, həmçinin Səadət Partiyasının sədri Mahmud Arıkan, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu və DEVA Partiyasının rəhbəri Əli Babacan da iştirak ediblər.

Məlumata görə, bu partiyalara Demokrat Partiyasının da qoşulması ehtimalı müzakirə olunur. Yeni yaradılacaq siyasi birliyin Türkiyədə gələcək prezident seçkilərində əsas oyunçulardan birinə çevriləcəyi nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU