Belarus hakimiyyəti müxalif siyasət Sergey Tixanovskini həbsdən azad edib.
Modern.az xəbər verir ki, bu barədə "Nasha Niva" nəşri məlumat yayıb.
Məlumata görə, o, artıq ölkəni tərk edib.
Qeyd edilir ki, Belarus hakimiyyəti bu gün 14 nəfəri azad edib.
Nəşr qeyd edir ki, qərar ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Minskə səfərindən sonra qəbul edilib. Bu gün o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb . Tərəflər dünyadakı vəziyyəti, regional problemləri və Belarus-Amerika münasibətlərini müzakirə ediblər.
Tixanovski 2020-ci ildə həbs edilib və kütləvi iğtişaşların təşkilində ittiham olunub. Siyasətçi həmin il prezident seçkilərində iştirak etməyi planlaşdırsa da, həbs olunduğu üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilməyib. Onun yerinə həyat yoldaşı Svetlana Tixanovskaya namizəd olub. Seçkidə Aleksandr Lukaşenko qalib gəlib.