İranın atəşi nəticəsində İsraildə yaralananların sayı 16-ya çatıb.
Modern.az-ın məlumatına görə, bu barədə İsrailin milli təcili yardım xidməti “Magen David Adom” ("Davidin qırmızı qalxanı") xəbər yayıb.
“Həkimlər tibbi yardım göstərərək 16 zərərçəkmişi xəstəxanalara çatdırıblar”, - məlumatda deyilir.
Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti orta ağır qiymətləndirilir.