Modern.az

ABŞ hücumlarını dayandırmalıdır - İrandan ÇAĞIRIŞ

ABŞ hücumlarını dayandırmalıdır - İrandan ÇAĞIRIŞ

Dünya

22 İyun 2025, 15:44

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib.

 

Modern.az xəbər verir ki, A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında belə çağırışla çıxış edib.

 

Nazir ABŞ-nin İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. O, hücumlar bitməyənə qədər diplomatik danışıqların çətinliyini də qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU