Modern.az

Roma Papasından çağırış - Müharibələri dayandırın

Roma Papasından çağırış - Müharibələri dayandırın

Dünya

22 İyun 2025, 17:48

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narahatlığını ifadə edərək dünya liderlərini məsuliyyətə və müharibələri dayandırmağa çağırıb.

 

Modern.az-ın xəbərinə görə, Roma Papası Müqəddəs Pyotr meydanında dindarlara müraciətində bildirib ki, Yaxın Şərqdən, xüsusilə İrandan narahatedici xəbərlər gəlir, bu dramatik ssenariyə İsrail və Fələstin də daxildir.

 

XIV Leo qeyd edib ki, müharibələrdən ən çox əziyyət çəkən mülki əhalidir, xüsusən Qəzza və digər ərazilərdə humanitar yardıma ciddi ehtiyac var: "Hər bir lider mənəvi məsuliyyət daşıyır, müharibə fəlakətinə son qoymaq lazımdır. Müharibə problemləri həll etmir, əksinə, xalqların tarixində sağalmaz yaralar açır. Diplomatiya silahdan üstün tutulmalıdır. Gələcək yalnız sülh vasitəsilə qurula bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU