Modern.az

Suriyada kilsədə terror - 20 nəfər öldü

Suriyada kilsədə terror - 20 nəfər öldü

22 İyun 2025, 21:27

Suriyanın paytaxtı Dəməşq şəhərinin Duveyla bölgəsindəki yunan pravoslav kilsəsində terror aktı baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

 

Söhbət Mar Elias kilsəsindən gedir. Şahidlərin dediyinə görə, iki nəfər ibadət edən şəxslərə atəş açmağa başlayıb, bundan sonra onlardan biri özünü partladıb. Qeyd olunub ki, hadisə nəticəsində 20 nəfər ölüb.

 

Suriya Daxili İşlər Nazirliyi isə bildirib ki, İŞİD-in üzvü olan terrorçu-kamikadze kilsədə özünü partladıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir