Modern.az

İranda bütün nüvə obyektləri MƏHV EDİLİB

İranda bütün nüvə obyektləri MƏHV EDİLİB

Dünya

23 İyun 2025, 08:34

İranın yeraltında yerləşən bütün nüvə obyektlərinə ABŞ Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində maksimum zərər dəyib.

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.

“Peyk görüntüləri göstərir ki, İranın bütün nüvə obyektələrinə maksimal zərər vurulub. "Məhv edilib" ifadəsi tam dəqiqdir!” – deyə Tramp yazıb.

O əlavə edib ki, ən böyük dağıntılar yer səviyyəsindən xeyli aşağıda yerləşən obyektlərdə qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil