İranın qərbində, şərqində və mərkəzində yerləşən altı İran aerodromu hədəfə alınıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir.
“Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı anqarlara, tanker təyyarələrinə, həmçinin İran rejiminə məxsus F-14, F-5 və AH-1 təyyarələrinə ziyan vurub”, - deyə bəyanatda bildirilib.
İsrail ordusu İran Hərbi Hava Qüvvələrinin bu aerodromlardan havaya qalxma qabiliyyətini və əməliyyatlarını pozduğunu iddia edib.