Modern.az

SEPAH İsrailin bu şəhərlərinə HÜCUM ETDİ

SEPAH İsrailin bu şəhərlərinə HÜCUM ETDİ

Dünya

23 İyun 2025, 13:22

İran İsrailin bir çox şəhərində yerləşən hədəflərə hücum edib.

Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalında məlumat verilib.

Hücuma məruz qalan şəhərlər arasında Tel-Əviv, Hayfa, Aşkelon, Aşdod, Akko, Safed və digər şəhərlərin olduğunu bildirilir.

SEPAH hücumlarda qatı yanacaqla işləyən raketlər, maye yanacaqlı döyüş başlıqları və kamikadze dronlardan istifadə edildiyini bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin sözçüsü İsrail təyyarələrinin Tehranı vurmağa başladığı barədə məlumat yayıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, zərbələr hərbi obyektləri hədəf alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı