Modern.az

İran Prezidenti nazirlərlə görüşdü

İran Prezidenti nazirlərlə görüşdü

Dünya

23 İyun 2025, 16:28

İran Prezidenti Məsud Pezeşkian vətəndaşların zəruri xidmətlərlə təmin edilməsi məqsədilə bir sıra görüşlər keçirib.

Bu barədə Modern.az “Tasnim” agentliyinə istinadən məlumat verir.

O, səhiyyə, neft və kənd təsərrüfatı nazirləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Görüşlər zamanı Pezeşkian mövcud şəraitdə əhaliyə səmərəli və hərtərəfli xidmət göstərilməsi üçün dəqiq və strateji planlaşdırmanın vacibliyini vurğulayıb.

Qeyd olunub ki, prezident əhaliyə xidmətlərin göstərilməsi istiqamətində səylərin əlaqələndirilməsi üçün müxtəlif qurumların nümayəndələri ilə məsləhətləşmələri davam etdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı