Modern.az

İran ABŞ bazalarına HÜCUMA KEÇDİ - YENİLƏNİB

İran ABŞ bazalarına HÜCUMA KEÇDİ - YENİLƏNİB

Dünya

23 İyun 2025, 20:55

İran silahlı qüvvələri ABŞ-ın Qətər və İraqdakı hərbi bazalarına qarşı əməliyyat keçirir.

Modern.az İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, əməliyyat"Qələbə müjdəsi" adlandırılıb.

İsrailin Ynet nəşri xəbər verir ki, İran qüvvələri Qətərdəki Amerika bazalarına 10 raket zərbəsi endirib. Başqa mənbələr 5 raketin atıldığını yazır.

Qətərin paytaxtı Dohanın cənub-qərbində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat qərargahının olduğu Əl-Udeyd aviabazası yerləşir.

Məlumata görə, İran silahlı qüvvələri İraqdakı Amerika bazasına bir raket atıb. Sözügedən Amerika bazası Ayn əl-Əsəddir. Baza üzərində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.

Xatırladaq ki, iyunun 22-də ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib. Bundan sonra ABŞ kəşfiyyatı İranın ABŞ-ın bölgədəki bazalarına mümkün zərbələri barədə məlumat verib.

***

20:55

Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İran televiziyası ordunun Qətərdəki ABŞ bazasına hücum etdiklərini bildirib.

"Axios"un məlumatına görə, İran Qətərdəki ABŞ hərbi bazaları istiqamətində 6 raket atıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı