ABŞ prezidenti Donald Tramp İranın İraq və Qətərdəki ABŞ bazalarına endirdiyi zərbələrlə əlaqədar yüksək səviyyəli rəsmilərlə təcili toplantı çağırıb.
Modern.az bu barədə "Fox News" kanalına istinadən xəbər verir.
Qeyd edək ki, axşam saatlarında İran silahlı qüvvələri ABŞ-ın iyunun 22-də ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq “Qələbə müjdəsi” əməliyyatına başladığını elan edib.
İran Qətərdəki ABŞ Mərkəzi Komandanlığının qərargahının yerləşdiyi Əl Udeyd aviabazasına 10, İraqdakı Ayn əl-Əsəd hava bazasına isə bir raket atıb.
Qətərin Müdafiə Nazirliyi Əl Udeyd hava bazasına atılan bütün raketlərin ələ keçirildiyini bildirib. Nazirlik bildirib ki, İranın hücumu nəticəsində heç kim xəsarət almayıb. Nazirlik Qətərin qisas almaq hüququnu özündə saxladığını bildirib.