Modern.az

Mirziyoyev qızını administrasiyasının rəhbəri təyin etdi

Mirziyoyev qızını administrasiyasının rəhbəri təyin etdi

Dünya

24 İyun 2025, 00:15

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Prezident Administrasiyası strukturunda yenidən dəyişiklik aparılıb və rəhbər vəzifəsi yenidən təsis olunub.

Modern.az xəbər verir ki, bu vəzifəyə prezidentin qızı Səidə Mirziyoyeva təyin edilib.

Səidə Mirziyoyeva 2023-cü ilin avqust ayından bəri Prezidentin köməkçisi kimi fəaliyyət göstərib. Ondan əvvəl isə Prezident Administrasiyasının informasiya siyasəti sahəsində çalışıb. O, Özbəkistan və Rusiyada ali təhsil alıb, iqtisad elmləri namizədidir.

Səidə Mirziyoyeva daha əvvəl Milli KİV-lərə Dəstək Fondunda və İnformasiya Agentliyində rəhbər vəzifələrdə işləyib.

Qeyd edək ki, Prezident Mirziyoyevin 2023-cü ildə təsdiqlədiyi administrativ islahat nəticəsində Administrasiya rəhbəri vəzifəsi ləğv edilmiş və müşavirələrin sayı artırılmışdı.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı