Modern.az

Məhərrəm İncə CHP-yə qayıdır

Məhərrəm İncə CHP-yə qayıdır

Dünya

24 İyun 2025, 11:34

Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıdır.

Modern.az NTV-yə istinadən xəbər verir ki, İncə bu gün keçiriləcək CHP TBMM qrup iclasında yenidən CHP-ye qatılacaq.

CHP lideri Özgür Özəl Məhərrəm İncəyə döş nişanı təqdim edəcək.

Qeyd edək ki, Məhərrəm İncə Türkiyədə 2018-ci ildə keçirilmiş prezident seçkilərində namizəd olub. O, 2021-ci ildə CHP-dən ayrıldıqdan sonra elə həmin ildə Məmləkət Partiyasını təsis edib. Məlumata görə, Məmləkət Partiyası iyul ayında fövqəladə qurultayla özünü buraxacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir