Modern.az

Arakçi AEBA rəhbərinin görüş təklifini rədd etdi

Arakçi AEBA rəhbərinin görüş təklifini rədd etdi

Dünya

24 İyun 2025, 13:07

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın Atom Enerjisi Təşkilatı (İAET) ilə əməkdaşlığı bərpa etməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə AEBA-nın rəhbəri Rafael Qrossi “X” sosial şəbəkəsində yazıb.

"İrandakı vəziyyətlə bağlı daxil olan məlumatları alqışlayıram. İAET ilə əməkdaşlığın bərpası uğurlu razılaşmanın açarıdır. Mən İranın xarici işlər naziri Abbas Arakçiyə yazdım ki, bu addım nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara bilər və tezliklə görüşməyi təklif etdim", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!