Əgər İsrail atəşkəs rejimini pozmasa, İran da ona əməl edəcək.
Modern.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Malayziyanın baş naziri Ənvər İbrahimlə telefon danışığı zamanı bildirib.
"Əgər İsrail atəşkəs rejimini pozmasa, İran da onu pozmayacaq. Biz dialoq aparmağa və İran xalqının qanuni hüquqlarını danışıqlar masasında müdafiə etməyə hazırıq", - o qeyd edib.