Modern.az

İsrail məqsədlərinə nail ola bilmədi - PEZEŞKİAN

İsrail məqsədlərinə nail ola bilmədi - PEZEŞKİAN

Dünya

24 İyun 2025, 22:11

İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi.

 

Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.

 

“Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.

 

Onun sözlərinə görə, ölkə Ordusunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!