Modern.az

Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...

Fələstində erməni xarici işlər naziri təyin edildi - Azərbaycanı tənqid edənlər SUSUR...

Dünya

25 İyun 2025, 09:23

Fələstin Prezidenti Mahmud Abbas 19-cu hökumətin tərkibində dəyişiklik edib.

Modern.az-ın məlumatına görə, o, iyunun 24-də bu barədə fərman imzalayıb.

Fərmana əsasən, Varsin Ohannes Vartan Aqabekyan Fələstinin Xarici İşlər və Diaspor üzrə Naziri vəzifəsinə təsdiqlənib. O, 2024-cü ildə bu vəzifəyə təyin olunsa da, indi faktiki olaraq hökumətin tərkibinə daxil edilib.

Erməniəsilli Varsin Aqabekyan diasporla iş üzrə də məsuliyyət daşıyacaq. O, bu vəzifəni tutan ilk ermənidir.

Qeyd edək ki, Aqabekyan 1958-ci ildə İordaniyada anadan olub, ABŞ-də təhsil alıb. O, Indiana Universiteti və Pitsburq Universitetində magistr və doktorluq dərəcəsi əldə edib. Aqabekyan bir neçə kitabında separatçı "erməni hərəkatı"nı dəstəkləyib.

Maraqlıdır ki, son aylarda Türkiyənin bəzi media orqanlarında Azərbaycan-İsrail münasibətləri kontekstində tənqidi yazılar dərc olunurdu. Həmin yazılarda Azərbaycan İsraillə əməkdaşlığına görə haqsız şəkildə ittiham olunurdu.

Bu zaman "Fələstin məsələsi" tez-tez arqument kimi önə çəkilir, bəzi KİV-lər İsrail-Fələstin münaqişəsini Azərbaycanın xarici siyasətinə qarşı təbliğat alətinə çevirirdilər.

İndi isə Fələstin rəhbərliyi məhz erməniəsilli bir şəxsi ölkənin ən yüksək postuna gətirib. Bu qərarın erməni diasporunun regiondakı təsir imkanlarını daha da artıracağı heç bir şübhə doğurmur.

Bütün bunlara baxmayaraq, Azərbaycanı tez-tez və sərt tənqid edən həmin Türkiyə KİV-lərinin bu fakt qarşısında susqun qalması və bu hadisəni ictimai müzakirəyə çıxarmaması diqqət çəkir.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?