Modern.az

Ermənistanda dövlət çevrilişinə CƏHD OLUB

Ermənistanda dövlət çevrilişinə CƏHD OLUB

Dünya

25 İyun 2025, 10:17

Ermənistanda dövlətçevrilişinə cəhd olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” adlı təşkilatın üzvlərinin axtarışına başlayıblar.

Məlumata görə, çevrilişə cəhd arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyilə olub. Hazırda onun iqamətgahında əməliyyat keçirildiyi bildirilir.

Yayılan məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ”Daşnaksütyun” partiyasının üzvləri İqor Sarkisyan, Vardan Avaqyan, Artaşes Hunanyan, Varazdat Amiraqyanın mənzillərində axtarışlar aparır.

“Müqəddəs mübarizə” təşkilatının üzvləri Ara Rostomyan, Telman Tadevosyanın da mənzillərində axtarışlara başlanıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi