Modern.az

Çevrilişə cəhd edən erməni keşiş SAXLANILDI

Çevrilişə cəhd edən erməni keşiş SAXLANILDI

Dünya

25 İyun 2025, 12:16

Ermənistanda terror yolu ilə hakimiyyət çevrilişinə cəhddə suçlanan keşiş Baqrat Qalstanyan saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Onun mənzilində axtarışlar həyata keçirilib, daha sonra asayiş keşikçiləri keşişi maşına mindirərək aparıblar.

Ermənistan hüquq-mühafizə orqanlarının daha əvvəl yaydığı məlumata görə, "Müqəddəs mübarizə" təşkilatı və "Daşnaksütyun" partiyası keşiş Baqrat Qalstanyanın rəhbərliyilə hakimiyyət çevrilişinə cəhd göstərib.

Hazırda "Daşnaksütyun" partiyasının bir qrup üzvünün axtarışı həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur