Modern.az

Müsəlman siyasətçi Nyu-Yorkun meri ola bilər

Müsəlman siyasətçi Nyu-Yorkun meri ola bilər

Dünya

25 İyun 2025, 12:50

Noyabr ayında Nyu-York şəhərinin meri seçiləcək.

Modern.az-ın məlumatına görə, artıq siyasi partiyalar namizədlərini müəyyənləşdirib.

Demokratlar Partiyası daxilində Nyu York meri vəzifəsinə namizəd seçmək üçün səsvermə keçirilib. İlkin seçkidə 33 yaşlı Zöhran Mamdani keçmiş qubernator Endryu Kuomonu məğlub edib. Beləliklə, partiyanın namizədi Mamdani olacaq.

Gənc müsəlman siyasətçinin valideynləri hindistanlıdır və Uqandada doğulub.

Qeyd edək ki, Nyu-Yorkda demokratlar güclü olduğu üçün Mamdaninin seçilmə şansı yüksək hesab edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza