Modern.az

Dörd ölkənin nümayəndəsi Zelenski ilə bir masa arxasında oturmaq istəmədi

Dörd ölkənin nümayəndəsi Zelenski ilə bir masa arxasında oturmaq istəmədi

Dünya

25 İyun 2025, 12:58

Dörd ölkənin nümayəndəsi NATO sammitində Ukrayna prezidenti Vladimir Zelenski ilə bir masa arxasında oturmaqdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, bu mövqeni ABŞ, Türkiyə, Slovakiya və Macarıstan bildirib.

Orban Facebook sosial şəbəkəsində yayımlanan videomüraciətində “Biz açıq şəkildə bildirdik ki, NATO-ya gəldikdə cənab Zelenski ilə bir masa arxasında oturmaq istəmirik”.

Onun sözlərinə görə, Ukrayna ilə heç bir inteqrasiya birliyinin üzvü olmamaq Macarıstanın milli maraqlarına uyğundur.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?