Ermənistan Respublikasının İstintaq Komitəsi hakimiyyət çevrilişinə cəjdlə bağlı bəyanat yayıb.
Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:
“Müqəddəs mübarizə” adlı hərəkatın rəhbərləri və iştirakçıları tərəfindən terror aktının hazırlanması və hakimiyyəti ələ keçirmə faktları ilə bağlı başlanmış cinayət işi çərçivəsində Ermənistan Respublikası İstintaq Komitəsinin müstəntiqləri Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 90-dan çox axtarış aparıb. Təhqiqat zamanı təkzibedilməz sübutlar, o cümlədən silah və sursatlar, tədbirlər planları, səfərbər edilmiş şəxslərin siyahıları, metal əşyalar, pirotexniki vasitələr, tüstü bombaları, hərbi geyimlər, radiorabitə vasitələri, pilotsuz uçuş aparatları, narkotik maddələrə oxşar bitkilər, zorakılığın planlaşdırılmasından sonra icra hakimiyyətinin müvafiq vəzifələrinə təyin ediləcək şəxslərin siyahıları və s. müəyyənləşdirilib.
Müstəntiqin təqdimatı və nəzarəti həyata keçirən prokurorun qərarları əsasında 16 nəfər barəsində cinayət işi başlanıb, vəsatətlər təmin edilib.
Hazırda müstəntiqin qərarı ilə 14 nəfər saxlanılıb.
İstintaq Komitəsi cinayət işinin sonrakı gedişi ilə bağlı əlavə məlumat verəcək.
İbtidai istintaq davam edir”.