Modern.az

Tramp Zelenski ilə Haaqada görüşdü - YENİLƏNİB

Tramp Zelenski ilə Haaqada görüşdü - YENİLƏNİB

Dünya

25 İyun 2025, 18:59

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp Haaqada keçirilən görüşləri zamanı atəşkəsə nail olmaq və davamlı sülh üçün addımları müzakirə ediblər.

Modern.az xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında bildirib.

"Prezident Trampla əhəmiyyətli olan bütün məsələləri əhatə etdik. Amerika Birləşmiş Ştatlarına təşəkkür edirəm. İnsanlarımızın necə qorunmalı olduğu barədə danışdıq. Diqqəti və sülhün yaxınlaşmasına kömək etmək istəyini qiymətləndiririk. Təfərrüatlar - sonra", - o yazıb.

***

17:35

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski bir araya gəlib.

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Görüş Haaqada NATO sammiti çərçivəsində baş tutub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?