Modern.az

Müdafiə yox, müharibə naziri... - Tramp belə İSTƏYİR

Müdafiə yox, müharibə naziri... - Tramp belə İSTƏYİR

Dünya

25 İyun 2025, 21:07

ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa Sammitində çıxışı zamanı Müdafiə Nazirliyinin əvvəlki adının - "Müharibə Nazirliyi"nin (Secretary of War) bərpasını təklif edib.

Modern.az xəbər verir ki, bu barədə o, çıxışı zamanı bildirib 

Tramp ABŞ Müdafiə naziri Pit Heqsəti zarafatla "müharibə naziri" adlandırıb və bildirib ki, İranla bağlı hazırkı vəziyyət fonunda onu bir neçə həftə belə çağırmaq niyyətindədir. 

O əlavə edib ki, amerikalılar bu adın yenidən rəsmi olaraq qaytarılması barədə düşünməlidirlər.

“Biz onu "müharibə naziri" adlandıracağıq, çünki özümüzü döyüşçü kimi hiss edirik. Zamanla biz siyasi korrektliyə meylləndik və müharibə nazirlərini Müdafiə naziri adlandırmağa başladıq. Ola bilsin, bu adın dəyişdirilməsinə yenidən baxmağın vaxtı çatıb”, — deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Müharibə Nazirliyi 1798-ci ildə yaradılıb və 158 il bu adla fəaliyyət göstərib. 1947-ci ildən sonra struktur islahatları nəticəsində qurumun adı dəyişdirilərək Müdafiə Nazirliyi olub və bu ad bu günə qədər qüvvədədir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?