Modern.az

Bu, sadəcə sarkazm idi - TRAMP

Bu, sadəcə sarkazm idi - TRAMP

Dünya

25 İyun 2025, 22:10

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsini 24 saat ərzində bitirəcəyinə dair əvvəlki açıqlamasının sadəcə sarkazm olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, NATO-nun Haaqa Sammitindən sonra keçirdiyi mətbuat konfransında danışıb.

“Əlbəttə, bu, sarkazm idi”, - deyə Tramp vurğulayıb.

O qeyd edib ki, münaqişənin həlli gözlənildiyindən daha çətin olub: “Ukrayna ilə bağlı vəziyyət, göründüyündən də mürəkkəbdir. Bu qədər uzanacağını heç kim gözləmirdi”.

ABŞ Dövlət katibi Marko Rubio isə bəyan edib ki, Tramp Rusiya ilə danışıqlar imkanlarını itirməmək üçün Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləmir.

Tramp, həmçinin, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara ümid etdiyini bildirib. Onun sözlərinə görə, Moskva da münaqişənin bitirilməsində maraqlıdır.

Xatırladaq ki, iyun ayında ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Tərəflər bu söhbətlərdə Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?