NATO-nun yeni baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın İsrail-İran münaqişəsi ilə bağlı sərt ifadələrinə münasibət bildirib.
Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Rutte qeyd edib ki, “bəzən ata kimi sərt ifadələr işlətmək lazım gəlir.” Bu sözləri o, Trampın ötən gün münaqişənin tərəfləri barədə çıxışında sərt ifadələr işlətməsinə istinadla deyib.
Sonradan "Reuters" agentliyinə verdiyi müsahibədə Rutte açıqlayıb ki, o, Trampı "ata" adlandırmayıb:
“Avropada bəzən ölkələr deyirlər ki, Mark, ABŞ bizimlə birlikdədirmi? Mən də buna cavab olaraq bildirdim ki, bu, bir qədər balaca uşağın atasına "Ata, sən hələ ailənin içindəsənmi?" deyə soruşmasına bənzəyir. Yəni bu mənada "ata" sözünü işlətdim,” – deyə Rutte bildirib.
O, həmçinin NATO üzrə müdafiə xərclərinin artırılmasının mümkün və "real" olduğunu da vurğulayıb.