Modern.az

Zelenski geyim tərzini niyə dəyişib... - FOTO

Zelenski geyim tərzini niyə dəyişib... - FOTO

Dünya

25 İyun 2025, 23:32

Ukrayna Prezidenti Volodimir Zelenski geyim tərzində etdiyi dəyişikliklərlə beynəlxalq medianın diqqətini cəlb edib.

Modern.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Trampla bu ilin fevralında Ağ Evdə keçirilən və gərgin keçən görüşdən sonra Zelenski artıq əvvəlki kimi hərbi tərzdə geyinməyə üstünlük vermir.

Həmin görüşdə Zelenskinin hərbi stildə köynək geyməsi ABŞ mediasında tənqid olunub, hətta bəzi jurnalistlər onu müttəfiqlərə qarşı kifayət qədər minnətdarlıq göstərməməkdə ittiham ediblər. Gərgin dialoq və qarşılıqlı ittihamlarla yadda qalan bu səfərdən sonra Zelenski ABŞ ilə münasibətləri bərpa etməyə çalışır.

Zelenskinin yeni görünüşü - qara gödəkçə, tünd rəngli köynəklər və qalstuksuz, lakin daha rəsmi tərzli geyim "vizual diplomatiyanın yeni forması" kimi dəyərləndirilir. Bu ifadə Ukraynanın ELLE jurnalı tərəfindən istifadə edilib.

Zelenski son olaraq iyunun 25-də Haaqada keçirilən NATO sammitindən öncə Niderland kralının təşkil etdiyi rəsmi şam yeməyinə də bu yeni tərzdə qatılıb. O, qonaqlar arasında Britaniyanın baş naziri Keir Starmer və İtaliyanın baş naziri Giorgia Meloni ilə birlikdə görüntülənib.

Sammitin özünə dəvət edilməsə də, sonradan Tramp ilə bir araya gələn Zelenski silah alışı ilə bağlı istəyini bir daha gündəmə gətirib.

Ukrayna cəmiyyətində Zelenskinin geyiminə görə tənqid olunması narazılıqla qarşılanıb. Ölkə ictimaiyyəti onun döyüş meydanındakı əsgərlərlə həmrəylik göstərmək niyyətini anlayışla qarşılayır. 

Zelenskinin son zamanlar daha çox rəsmi və qara rəngli, lakin hələ də qalstuksuz geyim seçməsi onun diplomatik mövqelərində ehtiyatlı, lakin israrlı yanaşmasını simvolizə edir. Bu vizual dəyişikliyin beynəlxalq səviyyədə də rezonans doğurduğu aydın görünür.

Elnur Əmirov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?