Modern.az

Tramp deyib ki, Putin Türkiyəyə gəlsə, o da gələcək - Ərdoğan

Tramp deyib ki, Putin Türkiyəyə gəlsə, o da gələcək - Ərdoğan

Dünya

26 İyun 2025, 16:20

"Həm Ukrayna, həm də Rusiya bizə güvəndiklərini dəfələrlə göstəriblər. İstanbulda baş tutan danışıqlar sülhün qapısını açıb".

Modern.az CNN Türk-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib:

"Biz bilirik ki, bu sahədə diplomatiyanı daraldan irəliləyişlər var, lakin sülhə kiçik bir ümid olsa belə, ona çalışacağıq. Bizim fikrimizcə, bəli, Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olması üçün kiçik bir ümid var. Biz tərəfləri yenidən bir araya gətirmək üçün çalışacağıq... Bizim əsas məqsədimiz sülhün qurulması səviyyəsində görüş keçirməkdir. Bu barədə Tramp uzun müddətdir ki, liderlər səviyyəsində məlumatlandırıb. “Rusiya prezidenti Vladimir Putin həll üçün İstanbula və ya Ankaraya gəlsə, mən də lazımi görüşlər keçirmək üçn ən qısa zamanda ora gələcəm”,- Tramp deyib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?