Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı məhkəmə qərarının iyunun 30-da açıqlanacağı bildirilib.
Əgər məhkəmədən “mutlaq butlan” - yəni qurultayın nəticələrinin ləğvi qərarı çıxarsa, sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP-nin rəhbərliyinə qayıda bilər.
Kılıçdaroğlu partiyaya qəyyum təyin edilməsinin qarşısını almaq üçün partiya sədrliyinə qayıtmağı istisna etməyib.
Buna baxmayaraq CHP daxilində onun qayıdışına dair sərt reaksiyalar var.
Modern.az-a açıqlamasında CHP-nin xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, Kılıçdaroğlunun yenidən sədrliyə qayıtma ehtimalı yüksəkdir:
"Elə bir dövrdür ki, hər an hər qərar verilə bilər. Belə bir ehtimal var, yüksəkdir".
İ.Üzgel vurğulayıb ki, hazırda Kılıçdaroğlunu CHP seçicisi istəmir:
"Partiyamız çox yaxşı momentum əldə edib.Türkiyədə birinci partiyayıq. Cənab Kılıçdaroğlu seçicilər tərəfindən istənilmir. Heç kim CHP-də bir lider dəyişikliyi istəmir".