Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətindəki Samar şəhərinə raket zərbəsi endirib. Raketin düşdüyü yerdə yanğın baş verib, ölən və yaralananlar var.
Modern.az bu barədə Dnepropetrovsk vilayəti dövlət administrasiyasının başçısı Sergey Lısakın “Telegram” kanalına istinadla xəbər verir.
Administrasiya rəhbəri yazıb: “Təəssüf ki, Samar şəhərinə raket zərbəsi nəticəsində ölən və yaralananlar var. Yanğın baş verib. İnformasiyanı dəqiqləşdiririk”. Lısak sonradan bildirib ki, raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, 14 sakin yaralanıb.