Modern.az

ABŞ İrana yenidən zərbələr endirə bilər

ABŞ İrana yenidən zərbələr endirə bilər

Dünya

27 İyun 2025, 21:50

Uranın zənginləşdirilməsinin təhlükəli səviyyələri ilə bağlı məlumatlar ortaya çıxacağı təqdirdə ABŞ İrana yeni zərbələr endirə bilər.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Əlbəttə. Heç şübhəsiz, mütləq", - deyə Tramp mövzu ilə bağlı suala cavabında deyib.

O, 12 günlük müharibə vaxtı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini "alçaldıcı ölümdən" xilas etdiyini bildirib.

Tramp Xameneinin İsrail üzərində qələbə çalması ilə bağlı açıqlamalarından sonra İrana qarşı sanksiyaların qaldırılması üzərində işi dayandırdığını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər