Modern.az

Rusiyadan Odessaya hücum - Ölən və yaralananlar var

Rusiyadan Odessaya hücum - Ölən və yaralananlar var

Dünya

28 İyun 2025, 09:12

İyunun 27-dən 28-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukraynanın Odessa şəhərinə hücum ediblər.

 

Modern.az dünya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində ailəvi cütlük həlak olub, ölənlər var.

 

Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər düşmən pilotsuz uçuş aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın meyitlərini aşkarlayıblar.

 

O, həmçinin əlavə edib ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir və səhər saatlarında rayon rəhbərliyinin operativ qərargahı hadisə yerində işə başlayacaq.

 

Eyni zamanda G.Truxanov xəsarət almış iki uşağın hazırda tibb müəssisələrində olduğunu bildirib. Qeyd edilir ki, hücum zamanı daha dörd nəfər (böyük) də yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər