Modern.az

İranda bu gün kütləvi dəfn mərasimləri keçiriləcək

İranda bu gün kütləvi dəfn mərasimləri keçiriləcək

Dünya

28 İyun 2025, 10:08

İranda İsrailin 12 günlük münaqişə zamanı həyatını itirən yüksəkrütbəli mülki və hərbi vəzifəli şəxslərin bu gün kütləvi dəfn mərasimləri keçiriləcək.

Modern.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var. İnqilab Meydanında başlayacaq mərasimlə bağlı paytaxt Tehranda dövlət müəssisələri işləmir.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər