İran beynəlxalq aviareyslər üçün hava əlaqəsini qismən bərpa edib.
Modern.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Əxvan bəyan edib.
Onun sözlərinə görə, ölkənin mərkəzi bölgəsi və qismən qərb hissəsi üzərində beynəlxalq mülki aviasiya reysləri üçün hava məkanı yenidən açılıb.
Xatırladaq ki, İranın ən böyük özəl aviaşirkəti olan "Mahan Air" dünən Məşhəddən Moskvaya (Rusiya) uçuş həyata keçirib. Bununla belə ölkənin qərb, cənub və şimal hissələri üzərində aviareyslərin həyata keçirilməsinə qoyulmuş qadağa uzadılmışdı.