Modern.az

ABŞ-İran danışıqları başlayır

ABŞ-İran danışıqları başlayır

Dünya

28 İyun 2025, 23:24

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın günlərdə İranla nüvə sazişi üzrə danışıqlar aparacaq.

Modern.az bu barədə "NBC News"a istinadən xəbər verir.

Telekanal qeyd edir ki, Vitkoff İran tərəfinə Tehrana qarşı sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsindən imtina etməyi təklif edəcək.

İyunun 27-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda Vaşinqton və Tehran arasında danışıqların bərpası ilə bağlı qərar yoxdur. ABŞ prezidenti Donald Tramp tərəflərin gələn həftə danışıqlara başlayacağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər