Modern.az

Rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik - Markov

Rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik - Markov

Dünya

29 İyun 2025, 00:22

Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya təhlükəsizlik qüvvələrinin hərəkətləri nəticəsində iki azərbaycanlının öldürüldüyü, daha üç nəfərin isə reanimasiyaya yerləşdirildiyi Yekaterinburq hadisələrini şərh edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında bildirib.

 

“Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır”, - deyə S.Markov vurğulayıb.

 

O, belə hadisələrin ictimaiyyətin haqlı hiddətinə səbəb olduğunu qeyd edib və obyektiv araşdırma aparılmasının vacibliyini vurğulayıb: “Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər