Modern.az

Rusiya elə həmin Rusiyadır!

Rusiya elə həmin Rusiyadır!

Dünya

29 İyun 2025, 00:36

Yekaterinburqda iki azərbaycanlı qardaş Ziyəddin və Hüseyn Səfərov evlərində güllələndi. Onların nə cinayətləri sübuta yetirildi, nə də müdafiə hüquqları tanındı. Sadəcə qapıları zorla qırılıb, canları alınıb. Bəzilərini də götürüb aparıblar, harda olduqları, sağ olub-olmadıqları bilinmir.

Amma artıq bir şey aydındır: Rusiyada azərbaycanlı olmaq saxta ittihamlar üçün yetərlidir.

Bu, yeni tendensiya deyil. Rusiya tarix boyu kimliyi fərqli olanlara qarşı eyni qəddarlıqla davranıb. İndi isə bu siyasət daha sistemlidir, daha maskasızdır. Ukraynanı yerlə yeksan edən dövlət bizə mərhəmət göstərəcək deyil. Putin mərhəmət gözləmək sadəlövhlükdür. Buçada soyqırımı törədən dövlət öz səmasında Azərbaycana məxsus mülki təyyarəni vurub. Hansı mərhəmətdən söz gedə bilər?

Putin indi isə öz sərhədləri daxilində "etnik səfərbərlik" aparır, miqrantlar saxlanılər, qorxudulir, cəbhəyə göndərilir. Etiraz edənləri isə güllə ilə susdururlar.

Putinin ordusuna əsgər lazımdır, amma öz rus gəncini qoruyur. Onun əvəzinə əli zəif, sözü eşidilməyən miqrantları, azlıqları döyüş meydanına itələyir. Azərbaycanlı, özbək, qırğız, çeçen fərq etməz. Onun gözündə ruslardan başqası “digərlər”dir, lazım gələndə istifadə olunacaq kütlə...

Təhlükə təkcə fiziki deyil, həm də ideolojidir. Rusiya Pravoslav kilsəsi bu siyasəti dua ilə möhkəmləndirir, televiziyaları isə xalqın başını aldatmaqla məşğuldur.

Bəlkə də bu, kiminsə üçün uzaq, yad hadisə kimi görünür. Amma unutmayaq: biz zamanında Bakının qırmızı tank izlərini də gördük, Xocalıda uşaq meyitlərini də. Rusiya dəyişməyib.

Və bəli, bu gün Yekaterinburqda qan axıdıblar. Sabah harada axıdacaqlar, bilinmir. Amma bir şeyi unutmayaq: bu qan bizim qanımızdır!

Elnur Əmirov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər