Modern.az

Belqradda əhali ayağa qalxdı - Həbs olunanlar var

Belqradda əhali ayağa qalxdı - Həbs olunanlar var

Dünya

29 İyun 2025, 23:09

Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyalarına görə bir qrup nümayişçi həbs olunub.

Modern.az xəbər verir ki, Belqrad Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində Belqrad, Niş, Zayeçar və Smederevodan olan ümumilikdə 6 nəfər həbs olunub.

Əməliyyatın davam etdiyi bildirilib. Saxlanılan nümayişçilər dövlət qurumlarına hücumlar planlaşdırmaqda və konstitusiya quruluşunu zorakılıqla dəyişməkdə ittiham olunurlar.

Əsasən tələbələrdən ibarət olan etirazçıların keçirdikləri aksiyalara münasibət bildirən Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin zorakılıqlara qalib gəldiyini deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər