Modern.az

Almaniya XİN başçısı Kiyevə GETDİ

Almaniya XİN başçısı Kiyevə GETDİ

Dünya

30 İyun 2025, 10:16

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kiyevə elan olunmamış səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Y.Vadefuhl Almaniya hökumətinin Ukraynaya dəstəyə tam fokuslanmağı, o cümlədən müasir hava hücumundan müdafiə vasitələri və digər silahlarla təminatı, humanitar və iqtisadi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin Almaniyanın Aİ və G7-dəki tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcəyini iddia edib.

DPA agentliyinin məlumatına görə, səfərdə naziri Almaniyanın müdafiə sənayesinin nümayəndələri müşayiət edirlər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu