Modern.az

ABŞ İranda hakimiyyəti dəyişmək istəmir - Tehran mesaj alıb

ABŞ İranda hakimiyyəti dəyişmək istəmir - Tehran mesaj alıb

Dünya

30 İyun 2025, 12:32

ABŞ diplomatik səylərini bərpa etmək istəyirsə, İrana qarşı növbəti zərbələri istisna etməlidir.

Modern.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi BBC-yə bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası vasitəçilər vasitəsilə danışıqlar masasına qayıtmaq istəyini Tehrana çatdırıb, lakin növbəti hücumlara dair  - bu çox vacib məsələ ilə bağlı mövqeyini açıqlamayıb.

Taxt-Rəvançi həmçinin deyib ki, İran dinc məqsədlər üçün uranı zənginləşdirməyə israrlı olacaq. O, ölkənin gizli şəkildə nüvə bombasına doğru irəliləməsi ilə bağlı ittihamları rədd edib.

Nazir müavini deyib ki, İranın tədqiqat proqramı üçün nüvə materiallarına çıxışı qadağan edilib.

“Zənginləşmənin səviyyəsi müzakirə oluna bilər, həcmlər müzakirə oluna bilər, amma uranı zənginləşdirməməlisən, zənginləşdirmə sıfır olmalıdır, əgər razılaşmasan, səni bombalayacağıq kimi hədələr cəngəlliyin qanunudur”.

O, İranın uranın 60%-ə qədər zənginləşdirilməsi də daxil olmaqla proqramının sülhməramlı olduğunu bir daha vurğulayıb.

Xarici işlər nazirinin müavini həmçinin deyib ki, Tehran vasitəçilər vasitəsilə ABŞ-ın ölkənin ali lideri Ayətullah Əli Xameneini hədəf alan "İranda rejim dəyişikliyində iştirak etmək istəmədiyi" mesajlarını alıb.

O əlavə edib ki, iranlılar hökumətin bəzi hərəkətlərini tənqid edə bilərlər, lakin “söhbət xarici təcavüzə gəldikdə, buna qarşı çıxmaqda birləşəcəklər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu