Modern.az

Lavrov Ermənistanın daxili işlərinə qarışmasın! - Mirzoyan

Lavrov Ermənistanın daxili işlərinə qarışmasın! - Mirzoyan

Dünya

30 İyun 2025, 13:04

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb.

Modern.az xəbər verir ki, Mirzoyan bunu iyunun 30-da İrəvanda keçirilən mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə birgə mətbuat konfransında Lavrovun Ermənistandakı vəziyyətlə bağlı sözlərini şərh edərkən bildirib.

"Mətbuat konfransından əvvəl sevimli həmkarım Lavrovun şərhi ilə tanış ola bildim. Cənab Lavrovun məlumatları natamam və yanlışdır. Səhv etmirəmsə, o, "hakimiyyətin kilsəyə qarşı mübarizəsi” ifadəsini işlədib. Lavrovun məlumatları reallığa uyğun gəlmir".

Mirzoyanın əlavə etdiyi kimi, hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, söhbət qanunsuz çevrilişin hazırlanmasında və ya başlanmasında iştirakdan gedir.

"Bu, hüquqi prosesdir və Ermənistan Respublikasının daxili məsələsidir. Lavrovun Ermənistan Respublikasının daxili işlərinə qarışmaması daha yaxşı olardı", - deyə Mirzoyan rusiyalı deputatlara və mediaya oxşar müraciət ünvanlayıb. Mirzoyanın sözlərinə görə, onlar Ermənistan Respublikasının suverenliyinə daha böyük hörmətlə yanaşmalı və bir daha Ermənistanın işinə qarışmamalıdırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu