Modern.az

Aİ Bakı ilə İrəvan arasında sülh sazişinin çox tez imzalanmasını istəyir

Aİ Bakı ilə İrəvan arasında sülh sazişinin çox tez imzalanmasını istəyir

Dünya

30 İyun 2025, 13:20

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi - Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ilə izah edib.

Modern.az xəbər verir ki, Kallas bu bəyanatı iyunun 30-da İrəvanda keçirilən mətbuat konfransında səsləndirib.

Aİ-nin İrəvanla Bakı arasında sülh sazişinin mümkün qədər tez imzalanmasını vacib hesab edib-etməməsi suala cavabında Kallas bildirib ki, onlar bu prosesi mütləq şəkildə təşviq edir və təbii ki, müqavilənin tez bir zamanda gerçəkləşməsini arzulayır.

K.Kallasın sözlərinə görə, təkcə regionda deyil, dünyada daha çox sabitliyə ehtiyacz var. O əmin edib ki, eyni sözləri Bakıda da deyib.
"Biz müxtəlif variantları və Avropa ilə Asiya arasındakı əlaqəni müzakirə edərkən, bu sazişin mümkün qədər tez imzalanmasını vacib sayırıq", -deyə Kallas vurğulayıb.

Ali nümayəndə həmçinin bəyan edib ki, Avropa İttifaqı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında nizamlanmanın tərəfdarıdır və bu prinsiplərə alternativ yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu