Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla normallaşma prosesindən danışıb.
Modern.az xəbər verir ki, Ararat Mirzoyan iyunun 30-da Avropa İttifaqının xarici siyasət üzrə ali diplomatı Kaya Kallasla birgə keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma yerini və tarixini rəsmi Bakı ilə müzakirə etməyə hazırdır.
“Biz sülh sazişinin imzalanacağı yer və tarixlə bağlı danışıqlara başlamağa hazırıq”, - deyə o bildirib.