Modern.az

Makron Pezeşkianla nə danışdı? - Açıqladı

Makron Pezeşkianla nə danışdı? - Açıqladı

Dünya

30 İyun 2025, 13:32

“İran prezidenti Pezeşkianla yeni telefon danışığım olub”.

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə yazıb.

"Mən həmyerlilərimiz Cecile Kohler və Jacques Parisin azad edilməsi;

İrandakı vətəndaşlarımızın və obyektlərimizin qorunmasının təmin edilməsini;

regionda sülhün bərpasına kömək etmək üçün atəşkəsə hörmət olunmasını;

ballistik və nüvə məsələlərini həll etmək üçün danışıqlar masasına qayıdılmasını;

tam şəffaflığı təmin etmək üçün Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsini və MAQATE-nin İranda işinin bərpasının dəstəkləməsini istədim.

Bu məqsədlərə çatmaq üçün yaxın günlərdə işləməyə davam edəcəyəm”, - Makron yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu