Ukraynaya ciddi dəstək olmasa, o, altı ay ərzində öz hərbi imkanlarının “qırılma nöqtəsinə” çata bilər.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times”da yayımlanan məqalədə qeyd olunur.
Məqalədə deyilir ki, Rusiyanın hazırkı intensivliyi daha bir il saxlaya biləcəyi təxmin edilir.
Müəllif bildirir ki, bəzi Avropa rəsmiləri hesab edir ki, Kremlin yeni strateji hədəfi Odessadır: “Limanın itirilməsi Ukraynanı dənizə çıxışdan məhrum edəcək və ağır zərbə olacaq”.
Ukraynanın Qərb liderləri ilə bağlı qapılar arxasında keçirilən müzakirələrdə atəşkəs üçün israr etdiyi də vurğulanır. Halbuki bir-iki il əvvəl bu zəiflik hesab olunurdu.
Müəllifin sözlərinə görə, avropalı siyasətçilər arasında Rusiyanın atəşkəslə razılaşmaq niyyətində olduğuna inam azdır. Onlar hesab edirlər ki, Rusiyanın indi əsas məqsədi Vladimir Putinin tarixən Rusiya şəhəri hesab etdiyi Odessanı ələ keçirməkdir.