Modern.az

Kadırovun oğlunun toyunda bu məşhurlar iştirak edib

Kadırovun oğlunun toyunda bu məşhurlar iştirak edib

Dünya

1 İyul 2025, 00:19

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adəmin Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən qubernatorlar, hökumət üzvləri və diplomatlar gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ramzan Kadırov öz "Telegram" kanalında məlumat verib.

 

Onun sözlərinə görə, Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Aleksandr Novak, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Çayka, Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, eləcə də digər regionların başçıları, dünya idmanının ulduzları, elm, mədəniyyət və din xadimləri Adam Kadırovu toyu münasibətilə təbrik etmək üçün gəliblər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu