Modern.az

İranda ölənlərin sayı 900-ü keçib

İranda ölənlərin sayı 900-ü keçib

Dünya

1 İyul 2025, 08:56

İranın rəsmi qurumları İsrailin ABŞ-ın dəstəyilə bu ölkəyə hərbi hücumları nəticəsində ölənlərin sayının 900-ü keçdiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Mehr" agentliyinin məlumatında bildirilib.

İran Ədliyyəsinin sözçüsü Əsgər Cahangir bildirib ki, 12 günlük müharibə zamanı 935 qurbanın kimliyi müəyyən edilib, onlardan 38-i uşaq və 102-si qadındır.

Təkcə Evin Həbsxanasına hücum nəticəsində əksəriyyəti məhbusların ailə üzvləri, yardım işçiləri və Evin Həbsxanasının əməkdaşları olmaqla 79 nəfər həlak olub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu