Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin dəvəti ilə 2025-ci il iyulun 2-dən 4-dək Azərbaycanda dövlət səfərində olacaq.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyulun 2-3-də Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası baş tutacaq, həmçinin yüksək səviyyədə danışıqlar və digər tədbirlər keçiriləcək. Görüşlərdə Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
İyulun 4-də Özbəkistan prezidenti Xankəndi şəhərinə səfər edəcək, burada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak edəcək.