Modern.az

BMT-dən Rusiya-Azərbaycan gərginliyi barədə AÇIQLAMA

BMT-dən Rusiya-Azərbaycan gərginliyi barədə AÇIQLAMA

Dünya

1 İyul 2025, 22:40

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcəklər.

Modern.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz Azərbaycan və Rusiya Federasiyası arasında hər iki ölkədə insidentlərlə müşayiət olunan gərginliyin artmasından xəbərdarıq. Ümid edirik ki, hər şey diplomatik kanallarla həll oluna bilər", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu